Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrının repertuarında xarici yazarların əsərləri yer alıb

Sumqayıt Dövlət Dram Teatrının repertuarında xarici yazarların əsərləri yer alıb

Sumqayıt Dövlət Dram Teatrının repertuarında xarici yazarların əsərləri yer alıb

Sumqayıt Dövlət Dram Teatrı bu gün tamaşaçılar qarşısında xarici yazarların əsərləri ilə çıxış edib.Teatrdan "Yenisumqayit.az"a bildirilib ki, rejissor Vasif Məmmədovun quruluş verdiyi nağıl-tamaşa ( Leonid Juxovitski ) "Şahzadə və bacatəmizləyən” XVIII-XIX əsrdə Avropa krallıqlarından birində cərəyan edən hadisələrdən bəhs edir. Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, aktyorlar İlqar İbrahimov, Yalçın Səlimov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Ceyhun Məhərrəmov rol alır.

Nümayiş olunan digər tamaşa komediya janrında yazılmış "Oğru” əsəri idi. Tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dilemması müzakirəyə qoyulur. Səhnə əsərinin quruluşçu rejissoru Rövşən Almuradlıdır. Tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Elmir Mehdiyev, Vəfa Qurbanova və Şəmistan Süleymanlı canlandırır.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR