Cəmiyyət

Cəbhədə silahlar susmur - DÜŞMƏN İTKİ VERDİ

Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin bilgisinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR