Manşet / Cəmiyyət

"Azərikimya" rəhbərliyi Sumqayıt Dövlət Dram Teatrında

"Azərikimya" rəhbərliyi Sumqayıt Dövlət Dram Teatrında

"Azərikimya" rəhbərliyi Sumqayıt Dövlət Dram Teatrında

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranma günü münasibətilə "Azərikimya" İB-nin rəhbərliyi teatrın yaradıcı kollektivi ilə görüşüb.

Qonaqları səmimi salamlayan teatrın direktoru, respublikanın Əməkdar artisti İslam Həsənov 1969-cu il martın 14-də gənclik şəhərinin ilk Dövlət Dram Teatrının yaranma tarixindən, gənc aktyorlardan ibarət yaradıcı truppanın qısa bir zamanda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərini səhnələşdirməsindən və ilk tamaşanın böyük uğurla keçməsindən söhbət açıb, o vaxtdan bu yana teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir əsərləri əsasında 200-dən artıq tamaşanın göstərildiyi barədə məlumat verib. Qeyd olunub ki, Sumqayıt teatrı ötən dövr ərzində bir-birindən maraqlı tamaşalar ilə sumqayıtlılar üçün sevimli sənət məbədinə çevrilib, teatrının səhnəsində hazırda Azərbaycan teatr sənətinin ustadları sayılan, bütün xalqımız tərəfindən sevilən görkəmli rejissorlar və aktyorlar yetişib, onların böyük bir hissəsi "Xalq artisti", "Əməkdar artist", "Əməkdar incəsənət xadimi” fəxri adlarına, bir sıra orden və medallara layiq görülüblər ki, bu da hər bir sumqayıtlıda böyük iftixar hissi doğurur.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli teatrı olan Sumqayıt Dövlət Dram Teatrının kollektivi ilə "Azərikimya"nın sıx əməkdaşlıq əlaqələrindən məmnun olduğunu bildirərək, sumqayıtlıların, eləcə də kimyaçıların bədii zövqünün, teatr intellektinin, dünyaya və ictimai-siyasi hadisələrə baxışının formalaşmasında böyük rolu olduğunu bildirib. Qeyd edilib ki, zəngin və əlvan repertuara malik Sumqayıt Teatrının hər yeni tamaşasına kimyaçıların kollektiv şəkildə baxışı 7 ildən bəridir ki, bir ənənə halını alıb. M.Babayev teatrın direktoru İslam Həsənovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətlərinizə görə "Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülməsi münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

"Azərikimya" kollektivi adından teatrın yaradıcı kollektivinə hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR