Manşet / Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi Abşeronda “dəyirmi masa” keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Abşeronda “dəyirmi masa” keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Abşeronda “dəyirmi masa” keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Abşeronda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi martın 29-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin mətbuat orqanı olan "Abşeron" qəzetinin və yerli KİV-nin əməkdaşlarının iştirakı ilə "Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda "dəyirmi masa” keçirib.

Regional Mərkəzdən "Yenisumqayit.az"a bildirilib ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli mətbuat ilə əməkdaşlığın müzakirə edilməsi olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon İH-nin, "Abşeron" qəzetinin və yerli KİV-nin əməkdaşları iştirak edib.

"Dəyirmi masa”da Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, yerli KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılıb. Həmçinin, bu cür tədbirlərin silsilə olaraq Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli mətbuat ilə keçiriləcəyi diqqətə çatdırılıb.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR