Manşet / Cəmiyyət

"Azərikimya” İstehsalat Birliyində NOVRUZ ŞƏNLİYİ

"Azərikimya” İstehsalat Birliyində NOVRUZ ŞƏNLİYİ

"Azərikimya” İstehsalat Birliyinin həyətində - açıq səma altında xalqımıza böyük sevinc bəxş edən, yurdumuza, yuvamıza ruzi-bərəkət gətirən, Azərbaycanın və bütün türk dünyasının ən qədim, ən sevimli və ən milli bayramlarından olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Tədbiri giriş sözü ilə Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, Novruz adət-ənənələrindən, xalqımızın milli birliyinin, həmrəyliyinin, mərhəmət və şəfqət hissinin formalaşmasında bu bayramın oynadığı roldan danışıb.

Tədbirin bədii hissəsində H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Novruzun əbədi və dəyişməz atributlarından olan Kosa və keçəl, zurnaçılar dəstəsi, illüziya ustaları bir-birindən maraqlı təqdimatları, çıxışları ilə kimyaçılara xoş ovqat bəxş ediblər.

Samovar çayı, novruz şiriniyyatları, yumurta döyüşü, bir-birindən maraqlı oyunlar yarışları tədbirin gedişini daha da gözəlləşdirib.

"Yenisumqayit.az"

"Azərikimya” İstehsalat Birliyində NOVRUZ ŞƏNLİYİ

"Azərikimya” İstehsalat Birliyində NOVRUZ ŞƏNLİYİ

"Azərikimya” İstehsalat Birliyində NOVRUZ ŞƏNLİYİ

 





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR