Manşet / Cəmiyyət

Heydər Əliyev Mərkəzində məşğələ - "Azərbaycanlıların soyqırımı günü"

Heydər Əliyev Mərkəzində məşğələ - "Azərbaycanlıların soyqırımı günü"

31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzindəki Smart kabinetdə məktəblilərin iştirakı ilə məşğələ keçirilib.

Tədbirdə Mərkəzin direktoru Aygün Zülfüqarlı, Təhsil şöbəsinin metodisti Səxavət Qəmbərov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri Bayram Cəfərli, Əzizxan Bayramov, Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Pərvin Rüstəmzadə iştirak edərək, öz çıxışlarında 31 mart soyqırımının tarixi kökləri barədə məlumat veriblər.

Sonra 31 mart soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. 5 saylı orta məktəbin tarix müəllimi Gülsəfa Hüseynəliyeva şagirdlərə 31 mart azərbaycanlıların soyqırımı günün tarixi barədə slayd üzərində geniş məlumatlar verib və sonra məşğələ disskusiya şəklində davam etdirilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR