Cəmiyyət

YAP-nın Hacı Zeynalabdin Bələdiyyəsi təşkilatının VIII konfransı keçirilib

YAP-nın Hacı Zeynalabdin Bələdiyyəsi təşkilatının VIII konfransı keçirilib

Aprelin 19-da Hacı Zeynalabdin Bələdiyyəsi ərazi ilk partiya təşkilatının da hesabat seçki yığıncağı keçirilib.

Bələdiyyədən "Yenisumqayit.az"a bildirilib ki, Hacı Zeynalabdin Bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri Ramil Cəfərov hesabat məruzəsi ilə çıxış edib, son 2 il ərzində qəsəbədə görülən işlər barədə məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyəti qənaətbəxş qiymətləndirilib.

Bələdiyyə sədri Elşən Məmmədov YAP-ın ölkəmizin inkişafı yolundakı müstəsna xidmətlərindən bəhs edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış partiya qısa zamanda xalqın inam yerinə çevrilib, sabitliyin və tərəqqinin təminatçısı rolunda çıxış edib. Qeyd edilib ki, ulu öndərin müəyyən etdiyi siyasi strategiyanın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və şaxələndirilməsi nəticəsində ölkəmiz sürətli sosial-iqtisadi inkişafa nail olub.

YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə çıxış edərək partiyanın keçdiyi tarixi yola nəzər salıb, Azərbaycanın bir dövlət kimi möhkəmlənməsi və beynəlxalq nüfuzunun yüksəlməsində YAP-ın rolunu qeyd edib. Sumqayıtın bugünkü sosial-iqtisadi inkişafı, şəhərdə həyata keçirilən infrastruktur layihələri barədə danışan E.Məmmədzadə əlavə edib ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə YAP-ın şəhər təşkilatı üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur.

Daha sonra ərazi ilk partiya təşkilatına seçkilər keçirilib. Mütləq səs çoxluğu ilə Ramil Cəfərov ərazi ilk partiya təşkilatının sədri, Elton Hacıyev ərazi ilk partiya təşkilatının sədr müavini, Türkan Hüseynova ərazi ilk təşkilatın Qadınlar Şurasının sədri, Vüsal Abbasov ərazi ilk təşkilatın Gənclər Birliyinin sədri seçilib.

Yığıncaqda YAP Sumqayıt şəhər təşkilatının VIII konfransına nümayəndə seçilməsi məsələsinə də baxılıb, Ramil Cəfərovun namizədliyi dəstəklənib.

"Yenisumqayit.az"

YAP-nın Hacı Zeynalabdin Bələdiyyəsi təşkilatının VIII konfransı keçirilib

YAP-nın Hacı Zeynalabdin Bələdiyyəsi təşkilatının VIII konfransı keçirilib

 





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR