Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrında TAMAŞA - “Toy olsun”

Sumqayıt Dövlət Dram Teatrında TAMAŞA - “Toy olsun”

Mayın 6-da Sumaqyıt Dövlət Dram Teatrında İsi Məlikzadənin və Süleyman Ələsgərovun "Toy olsun” komediyası oynanılacaq.

Teatrdan "Yenisumqayit.az"a bildirilib ki, Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsərində habelə əməkdar artistlər İzaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Akif Mirzəyev yer alıblar. Məişət komediyasında yetərincə komik situasiyalar mövcuddur.

Qeyd edək ki, yeni bir əsər üzərində stolarxası məşqlərə başlanılıb. Turqut Özakmanın "Ocaq” əsəri tezliklə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində öz həllini tapacaq.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR