Manşet / Cəmiyyət
Qafqaz Müsəlmanları İdarəsindən RAMAZAN FƏTVASI
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qur`ani-Kərimin nazil olduğu Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaqdır.
Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulmuşdur. Müqəddəs Kitabımız Qur`ani-Şərifdə Allah-Təalanın hökmü belədir:«İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar» (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilmişdir.
Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Qur`anı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Əminik ki, Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcəklər.
İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır. Bu ehtiramlı münasibət, habelə 2017-ci ilin Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən İslam Həmrəyliyi İli elan olunması dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xatırladır ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.
Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-taaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn Ramazan iftarlarımızı doğma Qarabağda açmağı nəsib etsin. Qayıdışımızın rəmzi olan Cocuq Mərcanlı məscidinin minarələrindən ucalacaq azan böyük zəfərimizin müjdəsi olsun, inşallah!
Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik!
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!
Bakı şəhəri, 24 may 2017-ci il
qafqazislam.com
Bu bölmədə bənzər xəbərlər
- RAMAZAN AYI BAŞLAYIR - Fətva verildi
- Qafqaz Müsəlmanları İdarəsindən "Avropa Oyunları" FƏTVASI
- FİTRƏ ZƏKATI necə verilir, kimə verilir, nə zaman verilir? - VİDEO
- ORUC haqqında qısa məlumat - RAMAZANA ÖZƏL
- RAMAZANA ÖZƏL - Orucun hökmləri
- Sabahdan müqəddəs Məhərrəm ayı başlayır
- RAMAZANA ÖZƏL - Fazil Mustafanın Ramazan diləyi
- Məhərrəmlik ayı başlayır - BU AY BARƏDƏ BİLMƏDİKLƏRİMİZ
- İFTAR DUALARI - RAMAZANA ÖZƏL
- RAMAZANA ÖZƏL - Qədr gecəsinin HİKMƏTLƏRİ
Çox oxunan xəbərlər
- “STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- ATEF-in Avropa bazarına çıxış imkanı artıb
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
- Zakir Fərəcov da peyvənd olundu
Xəbər lenti
- 17:30
AFFA "Sumqayıt"ı cərimələdi
- 17:26
AQTA Sumqayıtın "Bulaq"ını cərimələdi - TAM SİYAHI
- 17:00
İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək
- 15:29
Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edildi
- 15:24
"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib
- 15:02
Bakıda təhsil işçilərinin vaksinasiyası davam edir
- 14:46
Martın 5-də gözlənilən hava şəraiti
- 09:49
Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- 09:28
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
- 21:13
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- 10:07
Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- 09:51
Mart ayının hava proqnozu açıqlandı
- 09:42
Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- 10:11
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxana yaradılıb
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
- 15:03
NAZİRLİKDƏN XƏBƏRDARLIQ: Qar gəlir
- 14:52
Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- 15:45
Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi
- 17:47
FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
- 17:23
Fevralın 10-da gözlənilən hava şəraiti
- 17:19
Zakir Fərəcov da peyvənd olundu
- 11:46
Ceyranbatanda zərərçəkənin kartından 902 manatı oğurladılar
- 11:19
Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- 11:05
YAŞAT Fondu Qazi Elgün Cənnətlinin əməliyyat xərclərini qarşıladı
- 10:53
Dr. Nazlı Qasımova Sumqayıtda xəstə qəbulu həyata keçirəcək
- 17:35
"Metallurq Y. Məmmədov" küçəsində abadlıq işləri həyata keçirilib
- 11:49
Bakı Mühəndislik Universitetində "Elm həftəsi” keçiriləcək
- 17:07
Fevralın 5-də gözlənilən hava şəraiti
- 11:30
ATEF-in Avropa bazarına çıxış imkanı artıb
Arxiv
Fevral 2021 (33)
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)