Manşet / Cəmiyyət

Zakir Fərəcov İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş Sumqayıtlı idmançılarla görüşüb

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov "Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş sumqayıtlı idmançılarla və onların məşqçiləri ilə görüşüb.

İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən İcra başçısı bildirib ki, oyunların yekunlarına görə, yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazananmaqla ümumi hesabda 1-ci yeri tutub. Sumqayıt üçün sevindirici haldır ki, bu oyunlarda şəhər idmançıları ümumilikdə 13 medal qazanıblar ki, onlardan 3-ü qızıl, 3-ü gümüş və 7 bürüncdür.

Qeyd olunub ki, Prezident İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsi idmançılarımızın Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qələbələr qazanmasına zəmin yaradır. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oyunlarda qalib gəlmiş idmançılara və onların məşqçilərinə fəxri fərman və mükafatlar təqdim olunub.

"Yenisumqayit.az"

Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR