Cəmiyyət

Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib

Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib

Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib

Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib.

İclasda Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rayon üzrə nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri iştirak ediblər.

RTŞ-nin müdir əvəzi Pərviz Əhmədov şura iclasının gündəliyində duran məsələlər haqqında qısa məlumat verərək, təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb.

Sonra Xırdalan şəhər 3 nömrəli tam orta məktəbində aparılmış kompleks monitorinq müzakirə olunub. Monitorinq komissiyasının sədri və təhsil şöbəsinin aparıcı məsləhətçisi Yavər Əhədov iclas iştirakçılarını monitorinqin nəticələri ilə tanış edib. Şura üzvləri çıxış edərək, arayışa öz münasibətlərini bildiriblər.

İclasda həmçinin, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, məktəblərin dərsliklərlə təminatı və digər məsələlər müzakirə olunub. Direktorlara müvafiq tövsiyə və tapşırıqlar verilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR