Manşet / Elan

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - QEYDİYYAT

Müsabiqənin məqsədi - gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin "Sumqayıt Gənclər Evi”ndə keçirilən seminar, təlim, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblarda iştirak edəcəklər.

Müsabiqədə iştirak etmək üçün yaş həddi 14 - 29 dur.

Müsabiqə 3 istiqamət üzrə keçirilir:

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

3. Fotoqrafiya sənəti

Qeyd: Müəllim köməkçisi istiqamətində müraciət edəcək könüllülərin pedaqoji təhsili olması zəruridir. Könüllülük xidməti təşkilatı işlər və fotoqrafiya sənəti üzrə 3 ay, müəllim köməkçisi kimi isə 4 ay müddətinə nəzərdə tutulub. Könülllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyənlər 26 İyun 2017-cı il tarixinə kimi CV-lərini [email protected] elektron ünvanına göndərə və ya "Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Əlaqə nömrələri: (050) 862 01 80, ( 055) 887 42 52, (018)655 5 47 32

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR