Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi Altıağacda tədbir keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Altıağacda tədbir keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi Altıağacda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi iyunun 13-də Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən istirahət mərkəzlərində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirib.

Tədbirdə vətəndaşlara yanğın baş verə biləcək yerlərdə, xüsusilə də meşə zolaqlarında və istirahət zonalarında yanğına qarşı profilaktik tədbirlər haqqında məlumat verilib. Eyni zamanda, yerli əhaliyə meşə massivlərində yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində tövsiyələr verilib.

Vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bukletlər, yaddaş kitabçaları. təbliğat materialları paylanılıb, suallar cavablandırılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR