Sumqayıtda hava

Cəmiyyət

20 Yanvar faciəsi Abşeron rayonunda da anılıb

20 Yanvar faciəsi Abşeron rayonunda da anılıb


1990-cı ilin 20 Yanvar faciəsi zamanı 1 nəfər şəhid verən və 8 nəfər əlili olan Abşeron rayonunda faciənin anımı ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib. Rayonun mədəniyyət ocaqlarında, təhsil müəssisələrində 20 Yanvar gününə həsr olunmuş bədii gecələr keçirilmiş, tamaşalar oynanılmışdır. Həmin qanlı hadisələrlə bağlı foto və rəsm sərgiləri nümayiş edilmişdir. Yanvar ayının 18-də rayonun bütün məktəblərində o müdhiş günə həsr olunmuş dərslər keçirilmişdir.

Xırdalan şəhərində yerləşən "Şəhidlər abidəsi” önündə xüsusi mərasim keçirilmişdir. Mərasimdə RİH başçısı cənab Zakir Fərəcov, RİH başçısı müavinləri, Rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllimlər iştirak etmişlər.

Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükütla anıldı. Daha sonra rayon mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən səhnələşdirilmiş kompozisya təqdim olundu. Mərasim rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzməsi ilə yekunlaşdı.

20 Yanvar faciəsi Abşeron rayonunda da anılıb


20 Yanvar faciəsi Abşeron rayonunda da anılıb





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR