Manşet / Cəmiyyət
Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR
Özbəkistanlı tanınmış şairə-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Kasimova Sumqayıtın qonağı olmuşdur.
O, bir müddət əvvəl ruscaya tərcüməsini başa çatdırdığı, Qarabağ hadisələrindən bəhs edən və artıq kitab halında nəşr edilmiş, müəllifinin sumqayıtlı yazıçı Süleyman Hüseynovun olduğu sənədli "And" romanının ilk təqdimat mərasimində iştirak etmişdir.
Bu, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Beynəlxalq "Avrasiya" Mətbuat Fondunun (sədri tanınmış jurnalist Umud Mirzəyevdir) dəstəyi ilə respublikamıza Özbəkistan nümayəndə heyətinin üzvü kimi işgüzar-yaradıcılıq səfərinə dəvət almış Şaxlo Kasimovanın Sumqayıta ikinci gəlişidir. Hörmətli qonağı Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya klubunun üzvləri və şəhərimizin ziyalıları hörmətlə qarşılamışlar.
"Dəyirmi stol" arxasında keçən görüşü açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şaxlo xanımın son illərdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xüsusi rolundan, onun öz doğma dili ilə yanaşı Azərbaycan və rus dillərini də sərbəst öyrənərək, mükəmməl bilməsindən, müntəzəm olaraq respublikamızın şair və yazıçılarının əsərlərini özbək və rus dillərinə tərcümə edərək, Özbəkistanın qəzet və jurnallarında, həmçinin ayrıca almanax şəklində çap edilməsi sahəsində xidmətlərindən söhbət açmışdır.
Qeyd edilmişdir ki, sumqayıtlı şair Süleyman Hüseynovun Qarabağ hadisələri ilə bağlı yazdığı sənədli romanı da rus dilinə məhz Şaxlo xanım tərəfindən ustalıqla tərcümə edilmidir. Şairlərdən Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Almaz Bəyazid, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov, tanınmış jurnalistlər - Zümrüd Baloğlanova, aprel şəhidləri haqqında kitabın müəllifi Aida Eyvazlı, kitabın redaktoru Suliko Daqarquliya, S.Vurğun adına Mərkəzi Sumqayıt kitabxanasının direktoru Yeganə Əhmədova, romanın müəllifi Süleyman Hüseynov və digərləri Şaxlo xanımın əsəri rus dilinə mükəmməl, orijinala yaxın, əsl peşəkarlıqla tərcümə etməsindən söhbət açmışlar.
İbrahim İlyaslı bildirmişdir ki, müasir Azərbaycan ədəbiyyatının təbliği, o cümlədən Sumqayıtda yazıb-yaradan şair və yazıçıların əsərlərinin özbək və rus dillərinə tərcüməsi sahəsində yorulmaz fəaliyyəti yüksək dəyərləndirilərək, hələ ötən il Şaxlo Kasimova Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. AJB-nin sədri, görkəmli Azərbaycan yazıçısı Anarın təsdiq etdiyi fəxri üzvlük sənədini hörmətli qonağa tədbir iştirakçılarının alqışları altında şair Əkbər Qoşalı təqdim etmişdir. Özbək qonağımız onun əməyinin bu cür yüksək dəyərləndirilməsinə, ikinci vətəni hesab etdiyi Odlar Yurdunda, o cümlədən Azərbaycanın gözəl bir guşəsi olan Sumqayıtda ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirmişdir.
Görüşdən xatirə şəkilləri çəkildikdən sonra Şaxlo xanım sumqayıtlı dostlarının müşayiəti ilə şəhəri piyada gəzmiş, şəhərin görməli yerləri, o cümlədən Özbəkistanın çıxışının olmadığı Xəzərin sahilinə gələrək, son aylarda şəhərimizin ən gözəl istirahət mərkəzi kimi yeni yaradılmış Sumqayıt bulvarı ilə heyranlıqla tanış olmuşdur.
Rəhman ORXAN
Yenisumqayit.az
Bu bölmədə bənzər xəbərlər
- Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib
- Sumqayıtlı yazıçının “AND”ı (FOTOLAR)
- Eyruzun qaranlıqları yaran "çırağı" - YENİ ROMAN
- Sumqayıtda şairə Aybəniz Əliyarlının yeni kitabının təqdimatı keçirilib
- Sumqayıtda Poeziya bayramı keçirildi
- Tanınmış sumqayıtlı cərrahdan siqaret əleyhinə unikal tədqiqat əsəri
- “Azərikimya” İB-də Əvəz Mahmud Lələdağın 80 illik yubileyi keçirilib
- Prezidentin 54 yaşı tamam olur
- Sumqayıtda ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
- Sumqayıtda “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirildi
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- Martın 26-da gözlənilən hava
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb