Manşet / Cəmiyyət
Sumqayıt Səhiyyə şöbəsində ciddi nöqsanlar aşkar edilib - RƏSMİ
Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Palatadan AZXEBER.COM-a verilən məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin və tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı 585 ədəd çarpayı və ümumilikdə 3312,5 ədəd tibbi və qeyri tibbi ştat vahidləri təsdiq edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339,0 min nəfər əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət göstərib. Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30,3 mln.manat məbləğində vəsait xərc edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 103,5 vahid vahid və ya 3,1%-i 2016-cı ilin əvvəlinə isə 119,5 vahid və ya 3,6%-i vakant olub, onlardan müvafiq olaraq 2015-ci ildə 68,25 vahidi, 2016-cı ildə 77,25 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib. Şöbənin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi 340 gün, Doğum evlərində isə 300 gün proqnozlaşdırılıb. Çarpayı günlərinin icrası 2015-ci ildə 77,7%, 2016-cı ildə 81,5% olub.
Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2015-ci ildə 0,5 - 4,0 manatadək, 2016-cı ildə 0,3 - 6,9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5,6 - 6,2 manatadək və 4,8 - 6,0 manatadək fərqli olub. Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilib, müvafiq Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alımasına vəsait xərc edilib.
Eyni zamanda, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərman silinib, stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preraratları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilib.
"Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara yol verilib, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyib, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib.
Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Səhiyyə şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Sumqayıt Şəhər Səhiyyə şöbəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
"Yenisumqayit.az"
Bu bölmədə bənzər xəbərlər
- Dövlət Neft Akademiyasında ciddi nöqsanlar aşkarlanıb
- Sumqayıt İcra Hakimiyyətində qanun pozuntuları aşkarlanıb
- Sumqayıtın təhsil müəssisələrində nöqsanlar aşkarlanıb
- Azərbaycanda "Sağlamlıq ayı"na start verilib
- Bakıda ambulans helikopterlər
- 1 nömrəli şəhər xəstəxanasında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
- İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində
- Bu dərmanı almayın! (DİQQƏT)
- Sumqayıtda əhalinin pulsuz tibbi müayinəsi davam etdirilir
- Sumqayıtda kadr islahatları davam edir: müdir və baş həkim işdən çıxarıldı - ÖZƏL
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- Martın 26-da gözlənilən hava
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb