Manşet / Cəmiyyət

Sumqayıt gənclərinin “Yay məktəbi” yekunlaşdı - FOTOLAR

Sumqayıt gənclərinin “Yay məktəbi” yekunlaşdı - FOTOLAR

Sumqayıt gənclərinin “Yay məktəbi” yekunlaşdı - FOTOLAR

Sumqayıt gənclərinin “Yay məktəbi” yekunlaşdı - FOTOLAR

Sumqayıt gənclərinin “Yay məktəbi” yekunlaşdı - FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 21-dən Sumqayıt gənclərinin Quba rayonunda "Yay məktəbi”nin təşkilinə başlanılıb. Gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrinin tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilən "Yay Məktəbi”ndə şəhərin müxtəlif sahələrini, o cümlədən Təhsil, Səhiyyə, Mədəniyyət, YAP Sumqayıt şəhər təşkilatı, ali və orta ixtisas məktəbləri, Heydər Əliyev Mərkəzi, qeyri-hökumət gənclər təşkilatları, "Asan Xidmət”, "Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt şəhər bölməsi, idarə və müəssisələri, Gənclər Evi, kütləvi informasıya vasitələrini təmsil edən ictimai fəal gənclər, idman ictimaiyyəti nümayəndələri və "Sumqayıt evimizdir, evimizi təmiz saxlayaq” devizi altında layihənin könüllüləri iştirak ediblər. Avqust ayının 11-dək davam edən Yay məktəbinə ümumilikdə 200-ə yaxın gənc cəlb edilib.

Sumqayıt Heydər Əliyev Mərkəzindən başlayan "Yay Məktəbi”nin iştirakçıları Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda Ümummilli Liderin abidəsini, Quba Soyqırımı Məzarlığını ziyarət edib, Memorial Komplekslə tanış olub, gənclər arasında intelektual və əyləncəli oyunlar, idman yarışları, təbiətlə tanışlıq təşkil olunub. İştirakçılar xüsusi geyimlər ilə təmin ediliblər.

Yay məktəbinin iştirakçıları layihənin təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildiriblər.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR