Elan

SUMQAYITDA VAKANSIYA - Geodeziya mühəndisi

SUMQAYITDA VAKANSIYA - Geodeziya mühəndisi


Vakansiyanın adı Geodeziya işləri üzrə mühəndis
Vakansiyanın elan tarixi 18.08.2017
Son müraciət tarixi 22.08.2017
Müəssisənin adı Azərikimya İstehsalat Birliyi
Struktur vahidinin adı Etilen-Polietilen zavodu
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 11 - 13
Vəzifə maaşının məbləği 688AZN - 848AZN
Əlavə ödənişlər Qanunvericilikdə nəzərdə tutulan hallarda və SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq zərərli iş şəraitinə görə əlavə ödənişlər ödənilə bilər.
İş yerinin ünvanı Sumqayıt şəhəri, S.Vurğun küçəsi-1
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 2 ildən yuxarı; 
Tələb olunan kompüter bilik səviyyəsi Excell - yaxşı; Internet - yaxşı; Word - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi Rus - yaxşı;
Vakansiya tələbinə uyğun təlimlər Tələb olunmur.
Vəzifə(peşə) funksiyaları • Tikinti işlərinin naturaya köçürülməsini, bina, kanal və yolların tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrinin döngələrinin formalaşdırılmasının qrafik materiallarının hazırlanmasını təmin edən geodeziya işlərini yerinə yetirmək;
• Ərazilərin planlarının, torpaqların xəritələrinin tərtib edilməsi ilə əlaqədar alət çəkilişlərini yerinə yetirmək və hesablamalar aparmaq;
• Kompüter texnikasının köməyi ilə geodeziya ölçmələrinin nəticələrinin riyazi işlənməsini yerinə yetirmək;
• Xüsusi təyinatlı geodeziya işlərini layihələndirmək və həyata keçirmək;
• Tikinti–quraşdırma işləri zamanı qurğuların və konstruksiyaların yerdəyişməsi və deformasiyasına nəzarəti həyata keçirmək;
• Mövcud struktura daxil olan avtomobil yollarının, dəmir yollarının, kran yollarının, rigellərin, balkaların, kalonların, mexanizmlərin (nasosların, kompressorların, elektrik mühərriklərinin və s.) montajında, yoxlanmasında qüsur aktlarının tərtib olunmasında iştirak etmək;
• Geodeziya işlərinin yerinə yetirilməsinin yeni metodlarını işləmək və tətbiq etmək;
• Layihələndirmə texnologiyalarını və xəritələri hazırlamaq və onlardan istifadə metodlarını işləmək;
• Tikinti və istismar prosesində sənaye, hidrotexniki qurğuların geodeziya nəzarətini həyata keçirmək;
• Geodeziya metodlarının tətbiqi üzrə məsləhətlər vermək;
• Fəaliyyət prosesində başqa mütəxəssislərlə qarşılıqlı əlaqələr və məsləhətləşmələr aparmaq;
• Sahəyə dair elmi sənədləri və hesabatları hazırlamaq;
• Vəzifəsinə yaxın öhdəlikləri yerinə yetirmək;
• Müəyyən edilmiş forma və göstəricilər üzrə hesabatları vaxtında təqdim etmək.
Bilməlidir • Fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını; 
• Çöl və kameral topoqrafiya-geodeziya işlərinin aparılmasına aid normativ və başqa rəhbər materialları; standartları, alət və cihazların istismarını, yoxlanmasını, onların yustirə olunmalarını (tənzimlənməsini), saxlanmasını, məhsul istehsalının texnologiyasını; 
• Ölçü cihazlarının texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onların iş prinsipini və onların mahiyyətini, təmirin texnologiyasını; 
• Geodeziya işlərin aparılması sahəsində və istehsalın təminatı sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini; 
• Layihələrin tərtibatını, yeni ölçmə cihazlarının iqtisadi səmərəliliyini təyin etmə üsullarını; 
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.
Tələb olunan digər bilik və bacarıqlar Tələb olunmur
Son müraciət tarixi 22.08.2017





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR