Hadisə

Şübhəli şəxs mühafizə polisindən qaça bilmədi

Şübhəli şəxs mühafizə polisindən qaça bilmədi


Yanvarın 19-da, saat 00:56 radələrində Abşeron Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Xırdalan şəhəri 28-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Elçin Asif oğluna məxsus “Elmar” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektin vitrin şüşəsinin sındırıldığını aşkar etmişlər.

Hadisə yerindən qaçarkən, marketdən oğurluqda şübhəli bilinən Zərdab rayonunda anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, Məmmədov Rəvan Sahib oğlu yaxalanaraq Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR