Manşet / Cəmiyyət
"Azərikimya" İB-də mükafatlandırma mərasimi
"Azərikimya" İB-də 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş keçirilib.
Çıxış edənlər qeyd ediblər ki, bu gün həm də onunla əlamətdardır ki, SOCAR Prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, "Etilen-polietilen” zavoduna gələrək əsaslı təmir və yenidənqurma işlərindən sonra Polimer İstehsalatında inzibati və məişət binasının, Mexaniki emal sahəsinin, həmçinin Sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında iştirak edib.
"Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirib, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdü verilmiş veteran kimyaçı Maqsud Eyvazovu, "Azərikimya”nın əməkdaşları: "Əməkdar kimyaçı” fəxri adına layiq görülmüş Nadir Alıyevi, "Tərəqqi” medalı ilə təltif olunmuş İsrail Əfəndiyevi, Söhbət Qəhrəmanovu, Zakir Məmmədovu və Oqtay Niftəliyevi təbrik edib və xoş arzularını çatdırıb.
Sonra "Etilen-Polietilen" zavodunun Qazayırma sahəsinin qazayırma aparatçısı Afayət Baxışovaya, Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin kompressor qurğularının maşinisti Ziyafət Quliyevə, Təmir-Tikinti İdarəsinin Avadanlıqların təmiri və xidməti sahəsinin elektrik qaz qaynaqçısı Zirəddin Aslanova, 2 saylı Təmir-tikinti və korroziyadan mühafizə sahəsinin iş icraçısı Zaur Cəlilova və "Etilen-Polietilen" zavodunun balansında olan "Kimyaçı” mədəniyyət sarayının direktoru Ədalət Quliyevə SOCAR Prezidentinin Fəxri fərmanı və birdəfəlik pul mükafatı təqdim olunub. Həmçinin "Etilen-Polietilen” zavodunun Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin qaz təmizləyici aparatçısı Minarə Ağayeva "İlin ən yaxşı kimyaçısı” adına layiq görüldüyünə görə rəhbərlik tərəfindən təbrik edilib.
Tədbirin sonunda "Azərikimya” İB tərəfindən təltif olunmuş 23 kimyaçıya - Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əməkdaşlarına fəxri fərman və pul müfafatları təqdim olunub.
"Azərikimya” İB-də həyata keçirilən modernizasiya və yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan məişət və sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
"Yenisumqayit.az"
Bu bölmədə bənzər xəbərlər
- "Azərikimya"da Neftçilər günü qeyd edildi - FOTOLAR
- "Azərikimya" İB-də Neftçilər günü qeyd edildi
- “Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR
- “Azərikimya” İB-də Həmrəylik günü münasibətilə tədbir keçirildi
- SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda
- “Azərikimya” İB-də növbəti şənbə iməcliyi keçirilib
- “Azərikimya”-nın nümayəndələri kimyaçı-mühəndislər ilə görüşüblər (FOTOLAR)
- Azərikimya İB və Sumqayıt Dövlət Universiteti arasında memorandum imzalanıb
- Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)
- Etilen-polietilen zavodunda yeni layihələrin icrasına başlanılıb
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
Xəbər lenti
- 11:16
Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- 11:12
ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı
- 08:29
Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- 08:26
Prezident Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır