Manşet / Cəmiyyət

Sumqayıtlı xanım idmançı İran mediasının gündəmində - FOTO

Sumqayıtlı xanım idmançı İran mediasının gündəmində - FOTO

İranın Təbriz şəhərində üzgüçülük üzrə beynəlxalq turnir keçirilib.

Xeberle.com-un bilgisinə görə, turnirdə müxtəlif ölkələrdən 150-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Ermənistan və Suriyadan olan 8 komanda yarışıb.Yarışda Ermənistanın və İranın ən güclü idmançılarının iştirak etməsinə baxmayaraq Azərbaycan üzgüçüləri rəqiblərinə göz açmağa imkan verməyiblər.

Ölkəmizi təmsil edən Sumqayıt 1 saylı Uşaq Gənclər Şahmat Məktəbinin yetirməsi İlahə Rəciyeva mübarizliyi ilə diqqət şəkib. Belə ki, o beynəlxalq turnirdə üzgüçülüyün müxtəlif növləri üzrə bütün rəqiblərini qabaqlayaraq 3 qızıl medalı öz aktivinə yazıb. Bununla yanaşı, İ.Rəciyeva turnirdə 2 gümüş medal qazanmağı da bacarıb.

Üzgüçülük idman növü üzrə milli komandamızın məşqçisi, Sumqayış şəhərinin baş məşqçisi Faiq Əsgərov təəssüratlarını "Yenisumqayit.az"la bölüşüb:

"İran tərəfi bu yarışa yüksək səviyyədə hazırlaşmışdı. 30 ildən sonra üzgüçülük üzrə birinci beynəlxalq yarışını keçirirdi. Suriya, İraq, ermənistan, Azərbaycan və özünün 4 şəhərinin ən yaxşılarını dəvət etmişdi. Həm ermənistan, həm İran üzgüçüləri kifayət qədər təcrübəli və birinciliyə iddialı idilər. Ancaq bizim daxilimizdə olan vətənpərvərlik hissi daha güclü olduğundan rəqibləri özümüzdən irəli buraxmadıq. Sözsüz Azərbaycanın bayrağının ermənistan bayrağından yüksək olması hər Azərbaycanlı kimi bizi də çox sevindirir. Şükürlər olsun bu sevinci bu yarışda yaşadıq."

Qeyd edək ki, idmançımızın beynəlxalq turnirdə əldə etdiyi uğurlar İran mediasının diqqətindən də kənarda qalmayıb.Ölkə mediası məqalələrdə İ.Rəciyevanın uğurlarından geniş bəhs edib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR