Manşet / Cəmiyyət

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR

Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən "Cümə” məscidi əsaslı təmirdən sonra istifadəyə verilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müqəddəs ocaqda yaradılan şəraitlə tanış olmaq üçün məsciddə olub.

Şəhər rəhbərinə məlumat verildi ki, Coratda inşa edilmiş dörd məsciddən ikisi bu günümüzə gəlib çıxıb. "Cümə” məscidi kimi tanınan Coratın ən qədim məscidinin 10 əsrdən çox yaşı var.

Yüksək keyfiyyətlə aparılan təmir işləri sayəsində Coratın ən qədim dini ibadədgahlarından biri olan "Cümə” məscidi yenidən öz qapılarını sakinlərin üzünə açıb. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni anda 500 müsəlman ibadət edə bilər. Əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Burada kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Məsciddə müasir işıqlandırma, kamera, isitmə və soyutma sistemləri, monitorlar quraqşdırılıb.

10 əsrdən artıq yaşı olan kompleksdə qapı və pəncərələr yenilənib, mehrab yığılıb. Gümbəz naxışlarla bəzədilib. Məscidin ərazisində abadlıq işləri görülüb.

Çıxış edənlər ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir.

"Yenisumqayit.az”

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR

Zakir Fərəcov Corat qəsəbə məscidində - FOTOLAR





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR