Sumqayıtda hava

Manşet / Cəmiyyət

Kassadan bilet almağa ehtiyac olmayacaq - QATARLARDA YENİLİK

Kassadan bilet almağa ehtiyac olmayacaq - QATARLARDA YENİLİK

Elektron kart sistemi birinci mərhələdə Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarında tətbiq olunacaq.

Azərbaycanda elektrik qatarları üçün yeni ödəmə sisteminin tətbiqi nəzərdə tutulur. "Azərbaycan Dəmir Yolları” ASC-dən "Marja.az”-a verilən bilgiyə görə, sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron kart sistemi birinci mərhələdə Bakı-Sumqayıt-Bakı marşrutunda, sonrakı mərhələdə isə Bakı-Sabunçu-Sumqayıt və digər marşrutlarda hərəkət edən elektrik qatarlarında tətbiq olunacaq.

Elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqların və elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması başa çatıb. Yeni sistemin yaxın vaxtlarda tətbiq edilməsi nəzərdə tutulur.

"Yenisumqayit.az”





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR