Sumqayıtda hava

Hadisə

Sumqayıtda yanğın, 15 nəfər təxliyyə edildi

Sumqayıtda yanğın, 15 nəfər təxliyyə edildi


Sumqayıt şəhərində, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin eyvanının pəncərəsi qismən yanmışdır.
Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyyə olunmuşdur. 2 nəfər sakin tüstüdən zəhərlənmiş və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuş, yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən təqdim edilir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR