İqtisadiyyat

Daha 70 min ton Azərbaycan nefti Ukraynaya çatdırılıb

Daha 70 min ton Azərbaycan nefti Ukraynaya çatdırılıb

Ukraynanın "Ukrtatnafta” şirkətinin Kremençuq neft emalı zavodu üçün nəzərdə tutulmuş 70 min ton Azərbaycan neftini daşıyan "Gstaad Grace” tankeri Odessa limanında boşaldılmanı başa çatdırıb.

"Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, gəmi Odessaya avqustun əvvəllərində Gürcüstanın Supsa limanından yola salınıb.

"MarineTraffic” portalının məlumatına əsasən, bu gün səhər gəmi Odessa limanın tərk edib.

Xatırladaq ki, 2016-cı ilin sonunda "Ukrtatnafta” şirkəti SOCAR ilə Kremençuq neft emalı zavodunda emal edilməsi üçün illik 1,3 mln. ton Azərbaycan neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. 2017-ci ildə tədarük edilən neftin həcmi 950 min ton, 2018-ci ildə isə 670 min ton təşkil edib.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR