Cəmiyyət

“Azərsu” ASC-də işçilərin yay istirahətinin təşkilinə xüsusi diqqət yetirilir

“Azərsu” ASC-də işçilərin yay istirahətinin təşkilinə xüsusi diqqət yetirilir

"Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir.

 

"Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

Təsdiq olunmuş qrafikə əsasən, 2019-cu ilin yay mövsümündə "Azərsu” ASC-nin idarə və müəssisələrində çalışanişçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı və Naftalandakı istirahət və müalicə mərkəzlərinə göndərilib. Ümumilikdə 2464 nəfər bu imkandan yararlanıb.

İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün normal şərait yaradılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR