Redaktorun Seçimi / Elan

"1 Gənc,1 Hekayə, 1 Uğur" layihəsi keçiriləcək

"1 Gənc,1 Hekayə, 1 Uğur" layihəsi keçiriləcək


Əziz gənclər, bu möhtəşəm şansı qaçırmayın!

"ASAN Könüllüləri" Gənclər Təşkilatı və "ADA Angle" klubunun birgə layihəsi olan, ADA Universitetinin dəstəyi ilə keçiriləcək "1 Gənc, 1 Hekayə, 1 Uğur" layihəsi 2015-ci ildə ilk tədbiri ilə qarşınızdadır.

"1 Gənc, 1 Hekayə, 1 Uğur" adlanan layihənin növbəti qonağı İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, kitabxana və informasiya elmləri sahəsində 7 ildən artıq təcrübəsi olan, bu illər ərzində Dünya Bankı, Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation"da çalışmış, hal-hazırda Dubay şəhərində Elm, Texnologiya və Tibb üzrə ən böyük nəşriyyat evlərindən biri olan “Springer”də çalışan Seymur Rəsulov olacaqdır.

Layihə 29 yanvar, saat 17:00-da ADA Universitetində baş tutacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı keçiddən istifadə edin:
http://goo.gl/umbDBq

Sonuncu suala ən dolğun və maraqlı cavab verən şəxs hədiyyə qazanacaq.
Tələsin, Yerlər məhduddur! Seçilən şəxslərə zəng edilərək ətraflı məlumat veriləcək.





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR