Cəmiyyət

“Palmali Holding”dən nümunəvi addım

“Palmali Holding”dən nümunəvi addım

"Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovun qərarı ilə "Palmali” gəmilərinin gövdəsində şirkətin loqosu ilə bərabər sağ və sol tərəflərdə iki Türk Cümhuriyyətinin - Azərbaycan və Türkiyənin bayraqları yer alacaq. Gəmiləri bəzəyəcək bu iki möhtəşəm bayraq dünyanın bütün limanlarında dalğalanaraq iki qardaş ölkəni təbliğ edəcək, eyni zamanda iki ölkənin qardaş olduğunu dünyaya car çəkəcək.

Şirkətdən verilən məlumata görə artıq iki gəmidə Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. "Məmməd Əmin Rəsulzadə” gəmisindən sonra gövdəsinə bayraqlar vurulan növbəti gəmi "Şövkət Ələkbərova” gəmisi oldu.

"Bir millət - iki dövlət olduğumuzu dünyada bilməyənlərə aşılamağı özümüzə borc bilirik."-şirkətdən bildirilib.

"Yenisumqayit.az"

“Palmali Holding”dən nümunəvi addım

“Palmali Holding”dən nümunəvi addım

“Palmali Holding”dən nümunəvi addım

 





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR