Cəmiyyət

Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

 

Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Sentyabrın 16-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti cənab Xalik Məmmədov, Qaradağ RİH, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin və sifarişçi təşkilatların nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, təlimlərdə 12 peşə - elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı və digər ixtisaslar üzrə 194 nəfər dinləyici müxtəlif peşələrə dair nəzəri biliklərə yiyələnməklə yanaşı, təlim mərkəzinin müasir standartlara uyğun laboratoriyalarında peşələrin praktiki sirlərini də öyrənəcəklər. Avadanlıqlara texniki xidmət, qaynaq-quraşdırma və elektrik-elektronika ixtisasları üzrə təlimi uğurla başa vurmuş dinləyicilərə City & Guilds Group Kvalifikasiya qurumunun beynəlxalq sertifikatları təqdim ediləcəkdir.

Bildirilib ki, hazırkı dövrədək İdarə üzrə cəmi 113747 nəfər dinləyici və şagird İdarənin təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. 2005-2019-cu illər üzrə İdarə daxilində "Yeni fəhlə kadrlarının hazırlanması” proqramını başa vurmuş şagirdlərin sayı 2570 nəfər olub.

2018-2019 tədris ilində təlim mərkəzində müxtəlif peşələrə yiyələnmiş 44 məzuna sertifikatlar təqdim edilib.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR