Manşet / Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Azərbaycanda "Plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində və 21 sentyabr "Dünya Təmizlik günü münasibətilə "Parkımızı təmiz saxlayaq” devizi altında ekoloji aksiya keçirib.

Sumqayıt şəhərində Nəsimi adına mədəniyyət və istirahət parkında keçirilən aksiyada YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər Təhsil şöbəsinin, Nəsimi adına mədəniyyət və istirahət parkının əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və könüllüləri, Sumqayıt Gənclər Klubunun üzvləri və YAP Gənclər Birliyinin bir qrup fəalları iştirak edib.

Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, plastik və digər gec çürüyən materialları təbiətə atmamaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.

Sonda aksiya iştirakçıları ilə birgə çay süfrəsi arxasında fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR