Cəmiyyət

BP şirkətindən əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək

BP şirkətindən əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək

BP və onun tərəfdaşları bu gün əlilliyi olan şəxslərə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq üçün iki yeni sosial sərmayə layihəsinin icrasına başlayıb.

"Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması” adlı birinci layihə təxminən 90 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının artırılmasına müsbət təsir göstərməklə 2018-ci ildə uğurla tamamlanmış təşəbbüsün davamıdır. Layihənin bu yeni mərhələsi layihə iştirakçıları üçün məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramını genişləndirmək üçün nəzərdə tutulub.

Builki proqramda bir yeni mühüm komponent vardır. İngilis dili, ünsiyyət bacarıqları və kompüter biliklərinin inkişaf etdirilməsi və psixoloji dəstəyin göstərilməsindən əlavə, yeni proqram çərçivəsində vergi mütəxəssisi, mühasibatlıq/əməkhaqqı/SAP sistemi, kassir, sosial media üzrə menecer, çağrı mərkəzi üzrə mütəxəssis/telefon vasitəsilə satış əməkdaşı, logistika əməkdaşı, insan resursları/inzibati məsələlər üzrə əməkdaş, qrafika dizayneri, veb-dizayner, sahibkarlıq səriştələri və incəsənət bacarıqları kimi sahələrdə xüsusi peşə bacarıqları inkişaf etdiriləcək.

Psixoloji dəstək əvvəlki ildə olduğu kimi fərdi və qrup şəklində konsultasiyalar vasitəsilə təmin ediləcək. Layihə həmçinin pilot fazada olduğu kimi işəgötürənlərin şəbəkəsi ilə uğurlu əməkdaşlığını davam etdirəcək.

Layihənin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq ediləcək. Bu, layihə iştirakçılarına təcrübə və məşğulluq imkanları təmin etmək üçün təşəbbüsə qoşulmaq istəyən biznes təşkilatlarının və müəssisələrinin səyləri ilə birləşdiriləcək.

Bu yeni birillik təşəbbüs "British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək. Layihənin ümumi dəyəri 580,000 AZN-dən artıqdır.

İkinci layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olan təhsil proqramından ibarətdir. Layihənin məqsədi bu cür uşaqların reabilitasiyasına cəlb edilən mütəxəssislərin bacarıq və biliklərini artırmaqdır. Bu layihə çərçivəsində 60 nəfər fizioterapiya mütəxəssisi və ailə üzvləri üçün reabilitasiya üzrə 16 təlim proqramının həyata keçirilməsi nəzərdə tutulur. Layihənin müddəti on bir aydır (avqust 2019 – iyul 2020) və dəyəri 90000 AZN-dən artıqdır. Layihə Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyi tərəfindən yerinə yetiriləcək.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR