Sumqayıtda hava

Maraqlı

Bu şəhərlərin cəmi 1 sakini var

Bu şəhərlərin cəmi 1 sakini var

Günümüzdə dünyanın bir çox nöqtəsində sakini az olan şəhər və qəsəbələr var. Onların arasında 1 nəfər sakindən ibarət olan şəhərlər də yer alır. "Yenisumqayit.az" "Banker.az"a istinadla bu şəhərlərin siyahısını təqdim edir.

Buford. Vayominq ştatı.

Olbanidə yerləşən Buford şəhərciyi 2013-cü ildə ABŞ’ın ən kiçik şəhəri hesab edilirdi. İllərlə şəhərin tək sakini Don Semonsk olub. Maraqlısı da odur ki, Don, öz şəhərinin həm satıcısı, həm də qapıçısı idi. 2012-ci ildə Don öz şəhərciyini hərraca çıxararaq onu 900 min dollara 2 Vyetnamlıya satıb.

Bonanza. Kolorado ştatı.

19-cu əsrdə İspan dilindən tərcümədə "rifah” mənasına gələn Bonanza şəhərində mindən çox insan yaşayırdı. Lakin, 2010-cu ilədək bu rəqəm 1-əbərabər oldu. Şəhərin əsas xüsusiyyətlərindən biri isə onun gümüş və neftlə zəngin olmasıdır.

Lorye. Vaşinqton ştatı.

Kanada ilə Amerikanın sərhədində yerləşən bu şəhərdə 2010-cu ildə "əhalinin siyahıyaalınması”na əsasən cəmi 1 nəfərin yaşadığı bildirilib. Şəhərin adı isə 1896-1911 illərdə Kanadanın baş naziri olan Uilfrid Lorye ilə əlaqəlidir. Lorye şəhərində 3 bina mövcuddur.

Monovi. Nebraska ştatı.

2014-cü ildə Monovi’nin yeganə sakini yenicə dul qalmış Elsi Eyler idi. Özü öz meri olan qadın özünə vergi ödəyirdi. Monovinin ötən əsrin 30-cu illərində belə sakinlərinin 150 nəfərdən çox olmadığı bildirilir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR