Manşet / Cəmiyyət

Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi

Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi

Dekabrın 1-də Sumqayıtda müəllimlər və müəllim arzusunda olanlar üçün Pedaqoq.az-ın təşkilatçılığı ilə "Müəllimin təsirli nitqi" seminarı baş tutdu. Seminarın məruzəçisi, tanınmış natiq-jurnalist, Diksiya Akademiyasının qurucusu, dəyərli Cəlalə Nəzəroğlu idi. Seminarda müəllimin nitqi, bəlağəti, bədən dilindən istifadə edərək nitqi necə təsirli etmək olar mövzusu ətrafında müzakirələr aparıldı, gözəl nitqə sahib olmaq üçün praktik məşqlər və nəzəri hissə haqqında məlumatlar verildi. Seminarın təşkilatçısı Sevinc İntiqamqızı seminarda Sumqayıt, Bakı və bölgələrdən iştirak edən 45 iştirakçı və təşkilati heyət adından məruzəçi Cəlalə Nəzəroğlu təşəkkürünü bildirdi:

- Mən Cəlalə xanımla 2017-ci ildə məhz bu seminar üçün əlaqə saxlamışdım. Sumqayıtda heç bir zaman keçirilməyən bu mövzu və bu seminarı mütləq təşkil etmək istəyirdim. Cəlalə xanım çox xoş qarşıladı dəvətimi. Elə alındı ki, seminar uzun müddət bizdən qaynaqlanan səbəblərdən ertələnəsi oldu. Bu yaxınlarda yenidən əlaqə saxladım Cəlalə xanımla, müsbət cavab alar-almaz hazırlıqlarımıza başladıq. Və bu gün Sumqayıt təhsili adına gözəl bir işə imza atdığımı düşünürəm. Çox müsbət enerji ilə keçən və çox maarifləndirici bir seminar olduğunu aldığım gözəl mesajlar da təsdiqlədi. Nə xoş mənə ki, bunu da bacardıq. Sumqayıt müəllimlərinin yaddaşına bunu da yaza bildik. Qeyd edim ki, qısa zaman sonra məhz Diksiya Akademiyasıyla birlikdə Sumqayıtda Diksiya təlimləri də təşkil edəcəyik Pedaqoq.az olaraq. Artıq hazırlıqlarımıza başlayırıq.

"Yenisumqayıt.az"

Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi

Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi

Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR