Manşet / İqtisadiyyat

Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm xeyli artıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

"Son zamanlar bir sıra sənaye məhəllələri və parkları açılıb deyə Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb. Hesablamalarımıza görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna (iyuna) qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük”, - o bildirib.

S.Məmmədov həmçinin əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər km-i 778 min manata başa gəlməlidir: "Bununla belə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər. Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğinə üzərinə əlavə olunacaq".

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR