Sumqayıtda hava

Manşet / Siyasət

Namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

Namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd iqtisadçı alim Vüqar Bayramov Sumqayıt şəhərində seçicilərlə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Vüqar Bayramovun vəkilləri, Füzuli rayonunun ziyalıları iştirak ediblər.

Çıxış edən Əli Nuriyev Vüqar Bayramovun ölkənin tərəqqəsi, inkişafı üçün çalışıdığını bildirərək seçiciləri ona səs verməyə çağırıb:

"Bu gün hər bir azərbaycanlı Vüqar Bayramovu Azərbaycanın sosial və iqtisadi həyatında baş verən proseslərə dair televiziyada verdiyi şərhlərdən yaxşı tanıyır. Açığı deyim ki, bu şərhlər dilin səlisliyi, aydınlığı, təhlilin peşəkarlığı və baş verən proseslərə obyektiv münasibətlə diqqətimi yaxından cəlb edir. Onun ali təhsili və ali təhsildən sonrakı fəaliyyəti özündə milliliklə dünyəviliyi üzvü surətdə birləşdirir. Tarixi təcrübədə çoxdan sübut olunub ki, öz fəalliyyətində yaşlı nəslin müsbət təcrübəsini orta nəslin təşkilatçılıq qabiliyyəti və gənc nəslin işgüzarlığı ilə birləşdirib istifadə edən xalqlar həyatda böyük uğur qazanırlar. Biz inanırıq ki, Vüqar müəllim orta nəslə məxsus böyük təşkilatçılıq fəaliyyətini özünün alim təfəkkürü, alim narahatlığı ilə birləşdirirərək bundan sonra da xalqımızın tərəqqəsinə və inkişafına böyük fayda verəcəkdir. Vüqar Bayramovun Milli Məclisə seçkilərdə uğur qazanacağına inanır, əziz həmyerlilərimi fevralın 9-da ona səs verməyə çağırıram”.

Deputatlığa namizədin digər vəkilləri də Vüqar Bayramovun fəaliyyətindən və əldə etdiyi nailiyyətlərdən danışıblar.
Vüqar Bayramov seçki platformasını, fəaliyyət planlarını seçiciləri ilə bölüşüb:

"Siz seçicilərin problemləri eyni zamanda mənim problemimdir. Məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, eyni zamanda iqtisadi inkişaf və sosial müdafiə proqramlarının təkmilləşdirilməsinə yönəlik tədbirlər həyata keçirməklə, seçicilərimin problemlərinin həllini sürətləndirməyə çalışacağam. Hazırda ölkəmizdə həyata keçirilən islahatlara dəstək məqsədilə irəli sürdüyüm təkliflər də iqtisadi inkişafın gücləndirilməsi və sosial problemlərin aradan qaldırılmasına yönəlib. Mən Sizi 9 fevralda seçkilərə gəlməyə və layiqli hesab etdiyiniz namizədə səs verməyə səsləyirəm”.
Seçicilərin suallarını cavablandıran Vüqar Bayramov daim onları narahat edən problemlərin həllinə yönəlik addımlar atacağını bildirib.
Tanınmış iqtisadçı ailimi Vüqar Bayramov Azərbaycan Dövlət İqtisad və Vaşinqton universitetlərində təhsil alıb. Qurucusu olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzi Cənubi Qafqaz və Orta Asiyanin ən güclü beyin mərkəzidir və regional qurumlar arasında Harvard Universitetinin rəsmi katoloquna daxil edilən ilk araşdırma mərkəzidir.

"Yenisumqayit.az"

Namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

Namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

 





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR