Elan

Baş Prokuror Abşeronda vətəndaşların qəbulunu keçirəcək

Baş Prokuror Abşeronda vətəndaşların qəbulunu keçirəcək


Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov dekabrın 5-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

(Xəbər Baş prokurorluğun rəsmi internet səhifəsinə istinadən təqdim edilir)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR