Hadisə

Sumqayıtda 3 təcili tibbi yardım avtomobili qəzaya uğradı - YARALILAR VAR

Sumqayıtda 3 təcili tibbi yardım avtomobili qəzaya uğradı - YARALILAR VAR

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn "Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğlu (həkim) xəstəxanaya çatdırılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR