Manşet / Hadisə

Sumqayıtda cibgirlər tutuldu - FOTO

Sumqayıtda cibgirlər tutuldu - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.
Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilb. Bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

"Yenisumqayit.az"

Sumqayıtda cibgirlər tutuldu - FOTO

Sumqayıtda cibgirlər tutuldu - FOTO





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR