Sumqayıtda hava

Manşet / Cəmiyyət

Şəhriyar Məmmədyarov Cəbəllütariq turnirini yarımçıq başa vurub

Şəhriyar Məmmədyarov Cəbəllütariq turnirini yarımçıq başa vurub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Cəbəllütariqdəkeçirilmiş "Masters” turnirini yarımçıq başa vurmasının səbəbi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə 35 yaşlı qrossmeyster özünün şəxsi "Facebook" hesabında paylaşım edib.

Məmmədyarov turniri allergik xəstəlik keçirdiyi üçün yarımçıq buraxmaq məcburiyyətində qaldığını vurğulayıb:

"Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 8 turdan sonra yarışdan kənarlaşıb. O, 8 qarşılaşmaya 5 xal toplaya bilib. Yarış 10 tur davam edib.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR