Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda yeni seçki məntəqələri yaradılıb

Sumqayıtda yeni seçki məntəqələri yaradılıb

Milli Məclisə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının tərkibində yeni seçki məntəqələri yaradılıb.

Fins.az-ın verdiyi məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, "Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin binasında), 59 saylı (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yeni salınmış şəhərcikdə, Şuşa şəhəri 7 nömrəli tam orta məktəbin binasında) seçki məntəqələri yaradılıb.

Eyni zamanda, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yeni 78 saylı (Sumqayıt şəhər 12-ci mikrorayon məcburi köçkün şəhəriciyinin xeyir-şər evinin binasında) və 77 saylı (Abşeron rayonunda, Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında) yeni seçki məntəqləri yaradılıb.

Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR