Manşet / Siyasət
Tahir Mirkişili: "İnanıram ki, sumqayıtlılar dövlət başçısının islahatlarına dəstəklərini bir daha nümayiş etdirəcəklər."
42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Mirkişili
- Tahir müəllim, bildiyimiz kimi fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Siz ölkəmizdə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
- Parlament seçkilərinə ölkədə böyük maraq var. Həm namizədliyini irəli sürmüş vətəndaşlar, həm də seçici kimi seçkilərdə iştirak edəcək vətəndaşların bu seçkilərdə aktiv iştirak etmək niyyəti aydın müşahidə olunur. Deputatlığa namizədlərin həm yaş baxımdından, həm də siyasi baxış baxımından cəmiyyətin bütün təbəqələrini təmsil etməsi, insanların namizədlərlə görüşlərdə aktiv iştirakı, siyasi dialoq və vətəndaşa xidmət ab-havasında keçən təbliğat-təşviqat kampaniyası ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlara ölkə əhalisinin geniş dəstəyinin bariz nümunəsidir.
Bütün namizədlər üçün təbliğat aparmaq üçün bərabər imkanlar yaradılıb. Azərbaycanda internetin azad olması və ölkə əhalinin böyük əksəriyyətinin internetdən istifadə etməsi təbliğat kampaniyası üçün mühüm şərait yaratmışdır. Ümumilikdə, hesab edirəm ki, seçkilərin uğurlu keçməsi və Azərbaycan xalqınının iradəsini əks etdirməsi üçün bütün şərait yaradılmaqdadır.
- Parlament seçkilərinə qısa müddət qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Yeni Azərbaycan Partiyası malik olduğu böyük resurslarla seçkilərə qatılmışdır. Partiyanın əvvəlki bütün seçkilərdə qalib gəlməsi ona böyük təcrübə qazandırmışdır. Eyni zamanda, partiya namizədlərində gənclərə geniş yer verilməsi partiya namizədlərini cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanmağa imkan yaratmaqdadır. Eyni zamanda, partiyanın namizədlərinin əksəriyyətinin müasir seçki texnologiyalarından, xüsusilə də internet televiziya, sosial şəbəkələr, fərdi görüşlər və s. siyasi texnologiyalardan geniş istifadəsi onları digər rəqiblərindən fərqləndirir və bir addım önə çəkir. Seçki kampaniyasını izlədikcə Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qalib gələcəyini proqnozlaşdırmaq mümkündür.
- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərməkdədir. Hər bir Azərbaycan vətəndaşı bunun nəticəsini artıq öz həyatında hiss edir. Seçicilərlə görüşdə də vətəndaşlar bu məqamı xüsusi qeyd edirlər. Yeni parlamentin formalaşması bu islahatların daha əhatəli aparılmasına mühüm dəstək olacaqdır. Yeni, innovativ qanunların qəbul olunması islahatların nəticələrini daha dayanıqlı və inkluziv edəcəkdir. Bu baxımdan parlament qarşısında mühüm çağırışlar var və bu çağırışlara cavab vermək üçün düşünürəm ki, yeni seçiləcək parlament üzvlərinin üzərində mühüm məsuliyyət düşəcək.
- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt seçicilərilə görüşlər keçirirsiniz. İnsanlarda seçki əhval-ruhiyyəsi necədir?
- Sumqayıt seçicilərində yüksək əhval-ruhiyyə var. Görüşlərdə insanların həvəslə və aktiv iştirakı, görüşlərin dialoq və səmimi şəraitdə keçməsi Sumqayıtda seçicilərin seçkilərdə də aktiv iştirak edəcəyini deməyə əsas verir. Sumqayıtdan parlamentə seçiləcək 4 deputat yerinə 60-a yaxın namizədin olması həm də, güclü rəqabətin gedəcəyi anlamına gəlir. Namizədlər üçün təbliğat aparmaq üçün bərabət şərait yaradılmışdır.
Sumqayıtlılar hər zaman ölkəmizdə dövlətçilik və dövlət siyasətinin icra olunmasında aktiv siyasi mövqe nümayiş etdiriblər. Bu dəfə də inanıram ki, həm seçki öncəsi mühitdə, həm də seçki günü aktiv iştirakla sumqayıtlılar dövlət başçısının islahatlarına dəstəklərini bir daha nümayiş etdirəcəklər.
Yap.org.az
Bu bölmədə bənzər xəbərlər
- Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüşüb
- Muxtar Babayev 8-ci mikrorayon sakinləri ilə görüşüb
- Sumqayıtda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
- Bələdiyyə Seçkiləri günüdür
- Namizəd Ceyhun Məmmədov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi
- AMİP deputatlığa namizədlərinin bir hissəsini açıqlayıb
- Sumqayıtda yaşayan zəngilanlı seçicilərlə görüş keçirilib
- Müsavat Sumqayıtdan deputatlığa namizədlərini açıqladı - SİYAHI
- ADP-dən deputatlığa namizədlərin ilkin siyahısı
- Fazil Mustafa partiyasının namizədlərini açıqladı - Sumqayıtdan namizəd kim olacaq?
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- “YAŞAT” Fondu daha dörd qazimizi əməliyyat etdirdi
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- "Sumqayıt"ın futbolçusu: "Azərbaycanda oynamaq yeni çağırışdır."
- Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanıldı
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başlayır
Xəbər lenti
- 17:38
"Sumqayıt"ın futbolçusu: "Azərbaycanda oynamaq yeni çağırışdır."
- 17:36
Bakıda oğurluq edən Sumqayıtlı qadın tutuldu
- 17:21
Məktəblərdə qış tətili başlayır
- 17:17
Yanvarın 28-də gözlənilən hava şəraiti
- 17:14
Qanunsuz ov edən Sumqayıt sakinləri cəzalandırıldı
- 17:05
Yenilənmiş “Kontakt Home” Sumqayıt mağazası xidmətinizdə
- 13:05
Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanıldı
- 12:48
“Azpetrol” xeyriyyə tədbiri keçirib
- 16:53
“YAŞAT” Fondu daha dörd qazimizi əməliyyat etdirdi
- 16:29
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlər
- 16:05
“Sumqayıt” FK Azərbaycan Kubokunda: STATİSTİKA
- 15:45
Xırdalanda dağıntılar altından daha bir cəsəd çıxarıldı
- 15:08
Rusiya Federasiyasında təqaüdlə TƏHSİL İMKANI
- 14:44
Saray qəsəbəsində silsilə oğurluqlar edən şəxs yaxalandı
- 14:33
Yanvarın 27-də gözlənilən hava şəraiti
- 01:00
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başlayır
- 12:02
Mərkəzi Bankdan İNTERNATURA PROQRAMI
- 17:26
Sumqayıtda yaşayan şəhid ailəsi ziyarət edilib
- 15:35
Türkiyədə doktorantura təhsili üçün TƏQAÜD PROQRAMI
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)