Sumqayıtda hava

Manşet / İqtisadiyyat

Almaniya səfiri Sumqayıt Kimya Sənaye Parkına gəlib

Almaniya səfiri Sumqayıt Kimya Sənaye Parkına gəlib

Fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

Səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən video-təqdimat nümayiş olunub, ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti, yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli imkanlar, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Almaniya Səfirliyinin nümayəndə heyəti, Kimya Sənaye Parkının rezidenti olan "Azerfloat” QSC-nin Şüşə İstehsalı Zavodunun tikinti işləri ilə də tanış olub. Zavodda 125 illik təcrübəyə malik "HORN Glass Industries AG” alman şirkətinin texnologiyasından istifadə olunacaq.

Nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi barədə də məlumat verilib, Tədris Mərkəzində Almaniya təcrübəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR