Sumqayıtda hava

Hadisə

Söyüşə görə Sumqayıt sakinini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Söyüşə görə Sumqayıt sakinini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir.

Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR