Siyasət

Tahir Mirkişili əhaliyə çağırış etdi: "Təlaşa düşməyin. Kifayət qədər valyuta var”.

Tahir Mirkişili əhaliyə çağırış etdi: "Təlaşa düşməyin. Kifayət qədər valyuta var”.

Milli Məclis "Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyi müzakirəyə çıxarıb.

 

"Qafqazinfo” xəbər verir ki, layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirilir ki, edilən dəyişikliyə əsasən, əmanətlərin sığortalanması müddəti 9 ay müddətinə qədər uzadılıb. Bu müddət 4 mart 2020-ci il tarixindən 4 dekabr 2020-ci il tarixinə qədər olan dövrü əhatə edəcək.

T.Mirkişili bildirib ki, dünyada epidemiyanın yayılması nəticəsində neft qiymətləri 30-35 dollara qədər enib: "Epidemiyanın yayılmasının iqtisadiyyata təsiri iyun ayında bitəcək. Neftin qiymətinin bu həcmdə olması dövlət büdcəsini 273-340 milyon ətrafında azalda bilər. Əhalini heç bir təlaşa düşməməyə çağırıram. Azərbaycan banklarında kifayət qədər valyuta var”.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR