Sumqayıtda hava

Manşet / Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatının fəallarından nümunəvi addım - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatının fəallarından nümunəvi addım - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində növbəti sosial layihəyə start verib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan partiya fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının fəalları və könüllüləri də "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasında fəal iştirak edirlər. Onlar tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

 

Vətəndaşlar da öz növbələrində Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu ediblər.
Aksiya martın 29-dək davam edəcək.

"Yenisumqayit.az"

YAP Sumqayıt şəhər təşkilatının fəallarından nümunəvi addım - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatının fəallarından nümunəvi addım - FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatının fəallarından nümunəvi addım - FOTOLAR

 

 





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR