Cəmiyyət

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)


"Sumqayıt" Futbol Klubu növbəti transferini həyata keçirib.

"Yeni Sumqayıt"ın klubun saytına istinadla verdiyi məlumata əsasən, komanda, "Bakı"nın şərəfini qorumuş Mikayıl Rəhimovu heyətinə qatıb. Sumqayıt futbolunun yetirməsi olan 27 yaşlı futbolçu komanda ilə 1,5 illik müqavilə imzalayıb. Mikayıl "Sumqayıt"da 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Topaz Premyer Liqasında 19-cu tur çərçivəsində "Sumqayıt" FK səfərdə "İnter"lə qarşılaşacaq. Bu məqsədlə Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da hazırlığını davam etdirir. Heyətdə zədəli futbolçu yer almır.

Yanvarın 30-da, saat 16:00-da "İnter Arena"da keçiriləcək "İnter"-"Sumqayıt" oyunu İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)

Sumqayıt futbolunun yetirməsi "Sumqayıt"da (FOTO)





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR