Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi vətəndaşlar üçün psixoloji konsultasiyalar təşkil edir

Fövqəladə Hallar Nazirliyi vətəndaşlar üçün psixoloji konsultasiyalar təşkil edir

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətinin məlumatına görə, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub. Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in "112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR