Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıt sakinləri Prezidentə təşəkkür edir - MƏKTUBLAR

Sumqayıt şəhər sakinləri koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən işlərə, atılan addımlara görə Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndəriblər.
“Yenisumqayit.az” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:
Həmidov Aydın Paşa oğlu yazır:
“Möhtərəm Prezident.
Dünyada geniş yayılan, bəşəriyyət üçün böyük bəlaya çevrilən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması sahəsində gördüyünüz misilsiz işlərə, əhaliyə və ölkə iqtisadiyyatına dəyən zərərin ödənilməsi üçün qəbul etdiyiniz mühüm qərarlara görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, biz birlikdə bu bəladan qurtulacağıq.”
Laçın rayonundan məcburi köçkün Eyvazov Murad Eyvaz oğlu yazır:
“Möhtərəm cənab Prezident.
Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik.
Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik.”
Məmmədova Şəbnəm Səxavət qızı yazır:
“Çox hörmətli cənab Prezident.
Bütün dünyanın böyük narahatlıq keçirdiyi bir vaxtda millətimizin qayğısına qaldığınıza görə Sizə minnətdarlığımı bildirir, “Çox sağ olun!” deyirəm.
Mən Sizə daim çox böyük hörmət və ehtiram bəsləmişəm. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, xalqımızın qayğısına qaldığınız üçün Sizə hörmətim min qat artdı. Artıq bunu sözlə ifadə etmək mümkün deyil.
Cənab Prezident, Allah Sizi qorusun. İnşallah, bu çətin vəziyyətdən də tezliklə çıxarıq və birlikdə gözəl günlərimizə qayıdarıq. Sizin kimi dövlət başçımız olduğuna görə çox xoşbəxtik.”
Şirinov İlkin Səxavət oğlu yazır:
“Möhtərəm cənab Prezident.
Bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşısında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığının, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəciyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz.
Mən və yaxınlarım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident.”
“Yenisumqayit.az”





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR