Sumqayıtda hava

Manşet / Cəmiyyət

Yeni Azərbaycan Partiyası Sumqayıtda köməyə ehtiyacı olan ailələrə dəstəyini davam etdirir

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası sosial layihələrini davam etdirir. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.
Aprelin 20-də Partiyanın könüllüləri Sumqayıt şəhəri ərazisində yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan, ahıl insanların yaşadığı ailələrə də baş çəkərək ərzaqlar təqdim edib, onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə xəstəlikdən qorunma üsullarını izah ediblər.
“Yenisumqayit.az”





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR