Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıt sakinləri Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq qan veriblər

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etmişdir. Sumqayıt şəhər sakinləri Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq könüllü olaraq qanvermə aksiyasında iştirak edirlər.
Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər sakinləri Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə gələrək qanvermə aksiyasında iştirak edirlər.
Qeyd edək ki, koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şəhər sakinlərindən könüllü olaraq bu xeyirxah aksiyada iştirak etmək istəyənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə müraciət edə bilərlər.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR